11 C
Baku
Wednesday, November 13, 2024

Latviya Rusiya nömrəli avtomobilləri müsadirə edəcək

Latviya Rusiya dövlət nömrə nişanlı avtomobilləri müsadirə etməyə başlayacaq.

Bu barədə yerli “LSM.lv” portalı məlumat yayıb.

Qərara əsasən 14 fevrala qədər Latviyada yenidən dövlət qeydiyyatına alınmayan Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə başlanılacaq.

Məlumatda deyilir ki, 24 saat ərzində Latviya ərazisindən tranzit yolu ilə keçən nəqliyyat vasitələri və diplomatların avtomobilləri müsadirə olunmayacaq. Haqqında sözügedən qərar ötən ilin 2 noyabrında Latviya Seymi (parlamenti) tərəfindən qəbul edilib.

Müsadirə olunan avtomobillər Ukraynaya veriləcək. Bununla yanaşı, Latviyada qeydiyyatda olmayan Rusiya nömrəli avtomobildən icazəsiz istifadəyə görə 750-2000 avro məbləğində cərimə tətbiq olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər