-3 C
Baku
Sunday, December 15, 2024

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç “Twitter” səhifəsində bildirib.

Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.

Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.

Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər