17 C
Baku
Sunday, May 26, 2024

Latviyada yeni xarici işlər naziri təyin edilib

Bu gün Latviya Seymi bu ölkənin yeni xarici işlər nazirini təyin edib. Xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə XİN-in əməkdaşı Bayba Braje təsdiq olunub.

Bayba Braje Latviyanın Böyük Britaniya, İndoneziya və Niderlanddakı səfiri olub, həmçinin xüsusi tapşırıqlar üzrə səfir və NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini vəzifələrini tutub.

Latviyanın əvvəlki xarici işlər naziri Krişyanis Karinş aprelin 10-da istefa verib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər