7 C
Baku
Thursday, December 12, 2024

Latviyanın xarici işlər naziri istefa verib

Latviyanın xarici işlər naziri Krişjanis Karinş istefa verib, aprelin 10-da vəzifəsini tərk edəcək.

Bu barədə nazirin özü mətbuata açıqlamasında deyib.

Latviyanın xarici siyasət idarəsinin rəhbəri Baş nazir Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb və istefasının səbəbi barədə məlumat verməyib. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirini seçəcək.

Xatırladaq ki, Krişjanis Karinş Latviya Baş naziri postunda çalışıb və 2023-cü ilin sentyabrında yeni hökumət kabineti formalaşanda XİN rəhbəri təyin olunub. Karinş son aylarda Baş naziri postunda çalışdığı müddətdə bahalı uçuşlardan istifadə etməsi ilə bağlı qalmaqalla üzləşib və istintaq işi açılıb.

Baş nazir Evika Silina qeyd edib ki, Krisjanis Karinş xarici işgüzar səfərlərə yalnız Latviyanın maraqları naminə gedib və həm NATO, həm də Aİ səviyyəsində Latviyaya dəstək qazanmaq üçün beynəlxalq səviyyədə çalışıb.

“Baş nazir çox tez-tez ezamiyyətlərə getməli olur və çox vaxt bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil.

Ancaq eyni zamanda, elə bir vəziyyət yaranıb ki, əvvəlki hökumət başçısı dövründə təşkil olunmuş xüsusi uçuşlarla bağlı cinayət işi başlanıb.

Bütövlükdə bu, ictimaiyyətin dövlətin işinə inamını azaldıb.

Ona görə də, mən xarici işlər nazirinin qarşıdan gələn Avropa Parlamenti seçkilərində yeni ictimai etimadı qazanmaq üçün hazırkı situasiyada istefa vermək qərarını başa düşürəm və hörmətlə yanaşıram. Hesab edirəm ki, bu, Qərb siyasətçisinə yaraşan dürüst bir hərəkətdir.

Ezamiyyətlərin təşkili prosesində qanunvericiliyə riayət olunması dövlətin səlahiyyətindədir və mənim təşəbbüsümlə baş tutacaq xidməti yoxlamada bu məsələlərə bir daha aydınlıq gətiriləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər