10 C
Baku
Wednesday, December 11, 2024

Lavrov Əfqanıstanın qonşularını NATO-nu öz ərazilərinə buraxmamağa çağırıb

Rusiya Əfqanıstanın qonşularını ABŞ və NATO qüvvələrini öz ərazilərinə buraxmamağa çağırır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən iclasında çıxışı zamanı deyib.

Rusiya XİN rəhbəri xatırladıb ki, ABŞ və NATOƏfqanıstandan çıxdıqdan öz qüvvələrini qonşu ölkələrin ərazisində yerləşdirməyi planlaşdırır.

S. Lavrov Əfqanıstana qonşu ölkələrə öz ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğunun qarşısını almağa dair çağırış edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər