27 C
Baku
Bazar, May 29, 2022

Lavrov BMT-nin Cenevrədəki iclasına gedə bilmir – Səbəb

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova bildirib ki, BMT Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya heyətinin Cenevrədə keçiriləcək İnsan Hüquqları Şurasının iclasına getməyini təmin edə bilmir.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zaxarova Rossiya-1 kanalında iştirak etdiyi bir proqramda verdiyi açıqlamalarda Lavrov və onunla birgə olan heyətin sabah BMT-nin iclasında iştirakı ilə bağlı qarşılarına əngəl çıxdığını bildirib.

Avropa ölkələrinin rus təyyarələrinə hava sahəsini bağladığını xatırladan Zaxarova BMT-də insan hüquqları və tərksilah kimi vacib və təcili bir mövzu barədə keçiriləcək iclasa Lavrovun gedə bilmədiyini ifadə edib.

Zaxarova “BMT Tərksilah Komitəsi və İnsan Hüquqları Şurası iclası üçün Rusiya heyətinin Cenevrəyə getməyini təmin edə bilmir. BMT Baş katibinin cavabı da budur” – deyib.

Ölkələrin rus heyətini aparacaq təyyarəyə icazə vermədiyini xatırladan Zaxarova BMT və BMT Baş katibinin bu məsələni həll etməli olduğuna işarə edib.

Zaxarova “BMT dünya üçün belə kritik bir anda Rusiya heyətinin BMT-nin Cenevrədəki ofisinə gəlməyini təmin etmək üçün məsuliyyət daşıyır” – deyə bildirib.

 

Son xəbərlər
Oxşar xəbərlər