3 C
Baku
Saturday, December 14, 2024

Lavrov Brüsseli İrəvanla Bakı arasındakı prosesə mane olmamağa çağırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşünə münasibət bildirib.

Rusiyalı nazir Azərbaycan, Ermənistan və Rusiya liderlərinin daha əvvəl əldə etdiyi razılaşmaları, xüsusən də sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılmasına dair razılıqları xatırladıb.

“Biz ilkin olaraq delimitasiya və ticarət əlaqələrinin açılması, eləcə də İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına hazırlıq üzrə görülən işlərin Vladimir Putinin Ermənistan və Azərbaycandan olan həmkarları ilə görüşündə əldə olunan razılaşmalara əsaslandığı mövqeyindən çıxış etdik. Konkret olaraq delimitasiya prosesinə gəlincə, ötən ilin noyabrında Soçidə üç lider 2021-ci ilin sonunadək komissiyanın yaradılması üzrə işlərə başlamaq barədə razılığa gəliblər. Bu barədə mətbuat konfransında da bildirilib. Bu məsələ Brüsseldə də qaldırılıb.

Mən erməni həmkarımızdan soruşdum ki, bu, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşdıqları ilə nə dərəcədə uyğun gəlir? Cavab aldım ki, bu, tamamilə eyni məcradadır və vəziyyət inkişaf edir. Mən çox istərdim ki, avropalı həmkarlarımız başa düşsünlər ki, bu məcra artıq 2020-ci və 2021-ci illərdə üç lider tərəfindən yaradılıb və onlar bu məcrada heç bir maneə, bənd və ya başqa bir şey yarada bilməzlər”, – deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanın normal həyat qurmasına kömək etməyə tam sadiqdir. S.Lavrov qeyd edib ki, sərhədin delimitasiyası bu işin tərkib hissəsidir.

 

 

Son xəbərlər
Digər xəbərlər