7 C
Baku
Tuesday, December 3, 2024

Lavrov nüvə müharibəsinin “əhəmiyyətli” riski barədə xəbərdarlıq edib

Nüvə müharibəsi riski hazırda çox əhəmiyyətlidir, lakin Moskvanın mövqeyi ondan ibarətdir ki, bu, qəbuledilməzdir. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Risklər çox əhəmiyyətlidir, mən onları süni şəkildə şişirdilməsini istəməzdim. Təhlükə ciddidir, realdır, onu dəyərləndirməmək olmaz”, – deyə Lavrov əlavə edib.

O xatırladıb ki, Rusiya Donald Trampın prezidentliyindən bəri ən yüksək səviyyədə ABŞ-la birlikdə Sovet lideri Mixail Qarbaçov və Amerika prezidenti Ronald Reyqanın 1987-ci ildə etdikləri kimi nüvə müharibəsinin yolverilməzliyini müdafiə edir.

Ukraynada müharibə başlayandan üç gün sonra, fevralın 27-si Rusiya Prezidenti Vladimir Putin strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

Son xəbərlər
Digər xəbərlər