Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin Silahsızlanma üzrə Konfransında videomüraciəti zamanı Avropa İttifaqı (Aİ) və digər ölkələrin nümayəndələri iclas zalını kütləvi şəkildə tərk edib.
CNN-in xəbərinə görə, Fransa nümayəndə heyətinin paylaşdığı videoda onlarla rəsminin Lavrovun müraciəti başlayan zaman zalı tərk etdiyi görüntülər əks olunur.
“Bu səhər Aİ və tərəfdaşlarının nazir Lavrovun Silahsızlanma üzrə Konfransda bəyanatı zamanı zalı tərk etməsi bizim Ukraynaya dəstəyimizi göstərir”, – Fransa nümayəndələrinin “Twitter” paylaşımında bildirilib.