“Lenovo” şirkəti yeni ThinkSmart View Plus monitorunu təqdim edib, hansı ki avtonom rejimdə kompüterə qoşulmadan işləyir. 27 düymlük ekran Qualcomm QCS8250 çipi ilə təchiz olunub, monitor Android əməliyyat sistemini alıb.
Bildirilir ki, yenilik avtonom rejimdə həmçinin Microsoft Teams videokonfrans xidmətini də dəstəkləyir. ThinkSmart View Plus 4K veb-kamera, hər biri 5 Vt gücündə iki dinamiklə və dörd mikrofon ilə təchiz edilib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Monitor USB Type-C, USB Type-A, HDMI və DisplayPort portlarını alıb. Yenilik 2023-cü ilin ortalarında 2.3 min dollar qiymətinə satışa çıxacaq.