9 C
Baku
Wednesday, December 4, 2024

“Leobank”ın plagiat olduğunu deyirlər, amma yaradıcısı iddiaları rədd edir

“Fintech Band”ın (yaxud Monobank) keçmiş səhmdarı və hazırkı maliyyə direktoru Lyudmila Şmalçenko ilə “Fintech Farm”ın (Leobank)  həmtəsisçisi Dmitri Dubilet arasında münaqişə yaranıb.

Münaqişəyə səbəb isə Dmitri Dubiletin layihəsi olan və keçən il Azərbaycanda “Leobank” kimi istifadəyə verilən Böyük Britaniyanın “Fintech Farm” startapı olub.

Məlumat üçün bildirək ki, “Leobank” “Unibank”ın təqdim etdiyi yeni rəqəmsal bankçılıq xidmətidir. Mobil bankçılıq xidməti 2021-ci ilin iyulunda bazara daxil oldu. Həmin tarixdəki açıqlamada da qeyd edilmişdi ki, bu xidməti “Monobank” platformasının yaradıcıları olan Dmitri Dubilet və həmçinin digər iki tərəfdaşı olan Aleksandr Vityaz və Nikolay Bezkrovnıy tərəfindən yaradılıb.

“Leobank” müştəriləri üçün kredit limiti ilə  “VISA” kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, “cashback” qazanmaq və daha çox üstünlüklər təklif edir. Kartın digər üstünlüyü digər rəqibləri ilə müqayisədə müştərilər üçün daha əlverişli (pulsuz), qalığa görə 5% illik gəlir, ATM-lərdən nağdlaşdırmanın və digər bank kartlarına card-to-card əməliyyatlarının komissiyasız olması, rahat interfeysə malik olması və s.

Mobil bankçılıq Azərbaycanda bir neçə ay ərzində yaxşı nəticələrə nail ola bildi. “Unibank” tərəfindən yanvar ayının ikinci dekadasında bildirilmişdi ki, “Leobank”ın istifadəçilərinin sayı artıq 100 000 nəfərə çatdığı və 200 000 000 manat məbləğində 3 200 000-dən çox əməliyyat həyata keçirib.

“Leobank”dan isə sosial şəbəkə istifadəçilərinə bildirilir ki, bu, Azərbaycanda yenilikdir:

“Bizim lahiyəmiz, Ukraynadaki “Monobank” ilə bağlı deyil. Proqramın dizaynında bəzi oxşarlıqlar tapa bilərsiniz, bizi oxşar edən yeganə şey budur. Mediada gedən məlumatlarla bağlı, narahat olmayın. Bu, tətbiqimizin işinə və müştərilərimiz tərəfindən istifadəsinə, heç bir şəkildə təsir etməyəcək. Ümid edirik ki, tətbiqimizdən istifadə etməkdən zövq alacaqsınız.”- deyə bildirilir.

İndi “Monobank”ın maliyyə direktoru L.Şmalçenko iddiaları bu arqumentə əsaslanır:

  • “Leobank” monobank kimi eyni funksiyaları təklif edir – “cashback”, “Shake to Pay”, artan kredit limitləri;
  • “Leobank”ın interfeys və lendinqi “Monobank”dan kopyalanıb,
  • “Leobank” bank kartının şəklinin reklamında (kart nömrəsi) “Monobank”ınkından istifadə edir.
monobank
Monobankın interfesi, bank kartı

Şmalçenko bu mübahisədə Britaniyanın “Macfarlanes” və Ukraynanın “Avellum” adlı iki hüquq firmasına müraciət edib və onlarla təmsil olunacaq.

2019-cu ildə Dmitri Dubilet monobank rəhbərliyindən istefa verib və Ukrayna Nazirlər Kabinetinin naziri vəzifəyə təyin edilib. Bir il sonra yenidən biznesə qayıtmalı olub. 2021-ci ilin yayında D. Dubilet Azərbaycanda “Unibank” ilə “Leobank”ı işə salıb və “Fintech Farm” startapının yaradıldığını elan edib.

Dmitri Dubiletnin startapı daha səkkiz ölkədə “neobanklar” açmağa planlayır.

İndi “Monobank”ın direktoru Dubiletə qarşı bir neçə milyon dollarlıq iddia qaldırmaq niyyətindədir.  Bir bankın biznes modelinin xarici layihələrdə icazəsiz istifadəsinə dair $100 milyonluq iddia qaldırırlar.

D.DUBLETİN MÖVQEYİ

D.Dubilet açıqlama verərək, Azərbaycanda ilk banklarıın (Leobank) işə saldığını təsdiqləyib. O, bu məsələyə öz sosial hesabında aydınlıq gətirib.

“Layihə çox uğurlu oldu, cəmi dörd aya 150 000 müştəri cəlb etdik (ölkə Ukraynadan 4 dəfə kiçikdir). Bundan əlavə, “Fintech Farm” bir neçə Ukrayna və bir Amerika fondu qazanaraq ilk investisiya raundunu bağladı. Bu il biz Afrika və Asiyanın daha bir neçə ölkəsində banklar açacağıq”- deyə, D.Dubilet bildirir.

Sabiq həmtəsisçi keçmiş “Monobank” tərəfdaşları birliyə beynəlxalq biznes qurmağa dəvət etdiyini, lakin rədd cavabını aldığını bildirib.

“Çox təəssüf edirəm, çünki biz birlikdə dünyanı daha tez fəth edə bilərdik. Amma ediləcək bir şey yox idi, yeni komanda formalaşdırıb sıfırdan məhsul yazmalıydım. Bu, bir ildən çox çəkdi”.

D.Dubilet iki ildir ünsiyyətdə olmadığını və onunla “ümumi dil” tapmağa çalışdığını vurğulayır.

“Sonra nə? Bir tərəfdən, Lyudmila ilə ünsiyyət qurmağa şad olaram, onunla məhkəmədən kənarda ümumi dil tapmağa çalışacağam (demək olar ki, iki ildir ünsiyyətimiz yoxdur). Digər tərəfdən, əgər məhkəmə baş tutsa, bu da yaxşı olacaq – biz asanlıqla qalib olacağıq və bütün bu qəribə hekayə bitəcək”.

Banker.az olaraq bunu da bildirməliyik ki, hazırda qlobal miqyasda mobil tətbiqlərin istər funksiya, istərsə də interfeys baxımından bir-birinə oxşamaları labüd məsələdir. Çünki müştərilərin öyrəşdiyi və həmçinin effektiv metodlar hər kəs tərəfindən mənimsənilir və özünə məxsus formada tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər