6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda açılan leobank.az kimə aiddir?

Bir çox istifadəçilər 2 gündür ki, bank bazarında yeni oyunçu – leobank.az adlanan bankın yaradılması ilə bağlı şayiələr eşitməkdədir. Qeyd edək ki, bu neo bank, artıq öz səhifəsini də işə salıb və müraciətlərin qəbuluna başlayıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, layihənin Ukraynanın məşhur monobank platformasının yaradıcılarından biri olan Dmitri Dubilet və həmçinin digər iki tərəfdaşı olan Aleksandr Vityaz və Nikolay Bezkrovnıy tərəfindən yaradılan  Fintech Farm-a aid olduğu bildirilir. Onlar monobanka oxşar proyekti MDB məkanında və digər ölkələrdə açmağı planlaşdırırlar. Bu sıradan ilk ölkə olaraq Azərbaycan seçilmişdir. Azərbaycana bu layihəni Unibank tərəfindən gətirildiyi bildirilir. Yəqin ki, bank bununla bağlı daha geniş açıqlama verəcəkdir.

“Leobank “mobile-only” (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Filial şəbəkəsi, çoxsaylı işçilərin maaşları, inkasassiya və digər sahələrə vəsait yatırmağın əvəzinə biz kapital və enerjimizi mükəmməl mobil tətbiqetməmizə investisiya etdik” – deyə, internet səhifəsində qeyd edilir.

Azərbaycana gətirilən neobankın əsas üstünlüklərindən biri, kredit kartları üzrə limitlərin uzunmüddətli (adətən 62 gün) olması, fərqli dizaynlı qara dəmir kartın olması, kartlar arasında köçürmə xidmətinin (Card to card) ödənişsiz  olması və digər bizim bazar üçün fərqli xüsusiyyətləri özündə birləşdirən kartların olmasındadır.

 

Son xəbərlər
Digər xəbərlər