26 C
Baku
Wednesday, April 24, 2024

“Lester Kodeksi” – dünyanın ən bahalı kitabı

Dünyanın ən bahalı kitabının müəllifi italiyalı rəssam, heykəltəraş və alim olan Leonardo di ser Piero da Vinçi-dir. O Milanda olarkən 4 il ərzində “Su, torpaq və səma işləri haqqında traktat” adlandırdığı kitabı üzərində işləyir. Da vinçi 1506-cı ildən 1510-cu ilə qədər olan bütün müşahidələrini, qənaətlərini və məntiqi nəticələrini illustrasiya, sxem və riyazi hesablamalar və çertyojlar şəklində qeyd edirdi. Bu işin nəticəsi olaraq isə sonradan 72 səhifəyə toplanmış və güzgü əksi ilə yazılmış əsər ərsəyə gəlir.

Bu traktat daha sonradan 1717-ci ildə onu əldə edən və uzun müddət qoruyub saxlayan İngiltərə əsilli bir şəxsin soyadı ilə “Lester Kodeksi” adlandırılır. 1980-ci ildə isə antik əşyalar kolleksiyaçısı və neft maqnaqtı olan Armad Hammer Lesterin varislərindən bu unikal əsəri əldə edir. Hətta kitabın adı qısa müddətli də olsa “Hammer kodeksi” olaraq dəyişdirilir. Daha sonradan 1994-cü ildə Hammer dünyasını dəyişdikdə kitab hərraca çıxarılır və onu Bill Gates əld edir. Bu zaman kitab rekord məbləğ olan 30,8 milyon dollara əldə edilmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər