9 C
Baku
Saturday, December 21, 2024

“Level Leasing” bu ilin 6 ayını yarım milyon manat mənfəətlə başa vurub

“Level Leasing” ASC 2024-cü ilin 1-ci yarım ilini 522 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “Level Leasing” ASC-nin faiz gəlirləri 1 milyon 253 min manat, faiz xərci 479 min manat, komissiya gəlirləri 19 min manat təşkil edib.

Hesabat dövründə lizinq şirkətinin cəmi aktivləri 11 milyon 193 min manat, cəmi öhdəlikləri 9 milyon 621 min manat, kapitalı isə 1 milyon 572 min manat olub.

“Level Leasing” ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (19%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%).

 

Son xəbərlər
Digər xəbərlər