“Level Leasing” ASC 2024-cü ili 387 min manat mənfəətlə başa vurub. 2023-cü ildə lizinq şirkətinin mənfəəti 70 min manat olub ki, bu da illik müqayisədə 5.5 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Ötən il “Level Leasing” ASC-nin faiz gəlirləri 2 milyon 690 min manat, faiz xərci 1 milyon 124 min manat təşkil edib.
Hesabat dövründə lizinq şirkətinin cəmi aktivləri 11 milyon 379 min manat, cəmi öhdəlikləri 10 milyon 780 min manat, kapitalı isə 599 min manat olub.
“Level Leasing” ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Hermes Finance ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%).