“Levi’s” brendinin sahibi olan Amerika geyim və ayaqqabı şirkəti “Levi Strauss & Co” 29 illik fəaliyyətindən sonra Rusiya bazarını tərk etmək barədə son qərarını verib. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, şirkət hazırda aktivlərinin bir hissəsi üçün alıcılar axtarır.
Qeyd edildiyi kimi, Levi’s mağazalarının potensial alıcısının adını çəkib. İlkin məlumatlara görə, bu, Rusiyada “Gap”, “Marks & Spencer” və “Banana Republic” brendlərini inkişaf etdirən Türkiyənin “Fiba Holding A.S” şirkəti olub.
Xatırladaq ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra bir çox iri şirkətlər bu bazarı tərk etməyə başlayıb. Onların arasında “H&M”, “Mango”, “Crocs”, “Inditex” (“Zara”, “Bershka”, “Pull & Bear”, “Stradivarius”), “PVH Corp” (“Tommy Hilfiger” və “Calvin Klein”), “Marks & Spencer”, “Yum!” (“Uniqlo”, “Hugo Boss”, “Victoria’s Secret”, “ASOS”, eləcə də bir sıra lüks markalar (“Chanel”, “Louis Vuitton”, “Cartier”, “Hermes”) var.