19 C
Baku
Thursday, May 2, 2024

Likvidlik və likvidliyin idarə olunması

Likvidlik, vaxtında və tam şəkildə minimal xərc çəkməklə müştərilər və ya kreditorlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsidir.

Öhdəliklərin istənilən an yerinə yetirilməsi və mənfəət əldə edilməsi likvidliyin yaxşı idarə olunduğunu göstərir.

Balans nöqteyi-nəzərdən bankın müştərilər və ya kreditorlar qarşısında iki növ öhdəliyi vardır:

 

1. Balans öhdəliyi
2. Balansdan kənar öhdəliklər

Balans öhdəliyinə müştərilərin cari hesab qalıqları, müddətli əmanətlər, banklararası kredit və depozitlər və digər kreditor öhdəlikləri aiddir.

Balansdan kənar öhdəliyə müştərilər üçün açılmış kredit xətləri, derivativlər üzrə müqavilələr, akkreditivlər, qarantiyalar və digər balansdan kənar kreditor öhdəlikləri aiddir.

Likvidliyin təmin olunması

Banklar müştərilər qarşısındakı öhdəliklərini aşağıdakı ardıcıllıqla təmin edirlər:

İlk növbədə banklar öz öhdəlikllərini kassa və müxbir hesablardakı qalıqları sayəsində təmin edirlər;

İkinci növbədə isə banklar qiymətli kağızlar və tez nağda çevrilə bilən digər aktivlərin satılması sayəsində öhdəliklər təmin olunur;

Daha sonrakı növbədə banklararası pul bazarında borclanaraq öhdəlikllərini təmin edirlər.

Likvid Aktivlər
  • Likvid aktivlər aşağıdakılardır:
  • Kassa və yolda olan pul
  • Müxbir hesab qalıqları
  • Qiymətli kağızlar
  • Qısa müddətli yerləşdirilmiş depozitlər və kreditlər
  • Investisiyalar
Likvidliyə təsir edən amillər

Bankın likvidliyinə təsir edən amillər aşağıdakılardır:

  • Bankın kapitalı;
  • Aktivlərin keyfiyyəti;
  • Əmanətlərin keyfiyyəti;
  • Xarici mənbələrdən asılı olmamaq;
  • Aktiv və passivlərin müddətə görə asılılığ;
  • İdarəçilərin biliyi və bacarığı;
  • Bankın imici

Likvidliyin planlaşdırılması:

Likvidliyin planlaşması likvid vəsaitlərə tələb və təklif əsasında müəyyənləşir:

Likvid vəsaitlərə təklifin mənbələri:

  • Müştərilərdən depozitlərin daxil olması;
  • Verilən kreditlərin ödənişi
  • Müştərilərin hesablarına vəsaitlərin daxil olması
  • Qiymətli kağızların satışı
  • Pul bazarından vəsaitlərin cəlb olunması

Likvid vəsaitlərə tələbin mənbələri:

  • Müştərilərin vəsaitləri geri götürməsi;
  • Kredit üçün müraciətlərin daxil olması;
  • Verilən kreditin vaxtında geri dönməməsi;
  • Əməliyyat xərcləri;
  • Vergi ödənişləri;
  • Dividentlərin verilməsi
Likvidliyin idarə olunması

Likvidliyi idarə etmək üçün aşağıda qeyd edilənlər müəyyən olmalı və hazırlanmalıdır:

  • Aktiv və passivlərin strukturu müəyyən olunmalıdır;
  • Aktiv və passivlərin həssaslığı müəyyən olunmalıdır;
  • Aktiv və passivlər müddətlərə görə müəyyən olunmalıdır;
  • Ani və cari likvidlik müəyyən olunmalıdır;
  • Likvidlik limitləri müəyyən olunmalıdır;
  • Likvidlik üzrə hesabatlar hazırlanmalıdır
Valyuta mövqeyi

Valyuta mövqeyi, hər hansı xarici valyutada balans və balansdankənar tələblərin məbləğinin balans və balansdankənar öhdəliklərin məbləğindən fərqli olduğu haldır.

Valyuta mövqeyinin önəmi

Banklar tərəfindən aparılan xarici valyuta əməliyyatları üzrə məzənnə risklərinin tənzimlənməsinə xidmət edir.

Valyuta mövqeyini tənzimləməkdə əsas məqsəd likvidliyin və gəlirliyin təmin olunmasıdır.

Valyuta mövqeyinin formaları

Burada balans və balansdankənar tələblərin məbləği balans və balansdan kənar öhdəlikllərin məbləğindən fərli və ya bərabər ola bilər.

Bu səbəbdən valyuta mövqeyi iki cür olur:

  • Qapalı valyuta mövqeyi
  • Açıq valyuta mövqeyi
Qapalı valyuta mövqeyi

Qapalı valyuta mövqeyi, hər hansı xarici valyutada balans və balansdankənar tələblərinin məbləğinin balans və balansdankənar öhdəliklərin məbləğinə bərabər olduğu valyuta mövqeyidir.

Açıq valyuta mövqeyi

Açıq valyuta mövqeyi, hər hansı xarici valyutada balans və balansdankənar tələblərinin məbləğinin balans və balansdankənar öhdəliklərin məbləğindən fərqli olduğu valyuta mövqeyidir.

Açıq valyuta mövqeyi iki cürdür:

  • Qısa valyuta mövqeyi
  • Uzun valyuta mövqeyi
Qısa açıq valyuta mövqeyi

Qısa açıq valyuta mövqeyi, hər hansı xarici valyutada balans və balansdankənar öhdəliklərin məbləğinin balans və balansdankənar tələblərin məbləğindən çox olduğu haldır.

Uzun valyuta mövqeyi

Uzun açıq valyuta mövqeyi , hər hansı xarici valyutada balans və balansdankənar tələblərin məbləğinin balans və balansdankənar öhdəliklərin məbləğindən çox olduğu haldır.

Məcmu açıq valyuta mövqeyi

Məcmu açıq valyuta mövqeyi, bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstəricidir.

Məcmu açıq valyuta mövqeyi sərbəst dönərli valyutalar və qapalı valyutalar üzrə ayrılıqda hesablanır. Bu zaman açıq valyuta mövqeləri “+” , qısa açıq valyuta mövqeləri isə “-“ işarəsi ilə işarələnir.

Açıq valyuta mövqeyi limiti

Açıq valyuta mövqeyi limiti, açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə Mərkəzi Bank tərəfindən təyin edilən məhdudiyyətdir.

Mərkəzi Bankın sərbəst dönərli valyutalar üzrə açıq valyuta limiti +/- 10% dir.

Mərkəzi Bankın qapalı valyutalar üzrə açıq valyuta mövqeyi limiti +/- 7% dir.

Məcmu açıq valyuta mövqeyi limiti

Mərkəzi Bankın sərbəst dönərli valyutalar üzrə məcmu açıq valyuta mövqeyi limiti +/- 20% dir.

Mərkəzi Bankın qapalı valyutalar üzrə məcmu açıq valyuta mövqeyi limiti +/- 15% dir.

Struktur valyuta mövqeyi

Struktur valyuta mövqeyi, inflyasiyanın və valyuta risklərinin bankın kapitalına təsirinə minimallaşdırmaq məqsədilə qəbul edilmiş uzunmüddətli valyuta mövqeləridir.

Bu cür mövqeyə bankların xaricdə törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar üzrə açılmış mövqeləri aid edilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər