Rusiyada qadağa edilən “LinkedIn” sosial şəbəkəsi rebrendinq edib.
Şirkətin rəsmi bloqunda deyilib ki, yenilənmə çərçivəsində sosial şəbəkənin loqotipi, firma stili, forması və rəng palitrası dəyişib. Dizayn peşəkar cəmiyyətin dəyərlərinə yönələn şəkildə yenidən hazırlanıb. Yeni loqotip bir rəngdə yerinə yetirilib.
Dəyişiklik firma rəng palitrasına təsir edib. O daha yumşaq olub və göy rəng üstünlük qazanıb. Firma şrifti “Community” adlanır. Kompaniya firma stili üzərində iki il idi ki işləyirdi və indi tədricən saytın firma stili yenilənəcək. Düzbucaqlı dörbucaq və dairə yeni saytın əsas forması olacaq.
Bundan başqa, şirkət stok fotosunu real vəziyyətlərdə insanların professional şəkilləri ilə əvəzləyib. Sosial şəbəkənin bazasında minlərlə insanın təsvirləri mövcuddur və onlar emosiyaları doğru ifadə edirlər.
Xatırladaq ki, “LinkedIn” 2016-cı ilin avqustuda Rusiya Federasiyası ərazisində bloklanıb. Sosial şəbəkə “Şəxsi məlumatlar haqqında” qanunun tələblərindən ziyan çəkən ilk xidmət olub.
©Facemark.az