Çinin onlayn geyim pərakəndəçisi Shein-in səhmləri ilkin kütləvi təklifdən (IPO) sonra ilk ticarət günündə 10% ucuzlaşıb. Bu barədə Bloomberg məlumat yayıb.
Honq Konq birjasındakı listinq çərçivəsində Shein 13,6 milyard Honq Konq dolları, yəni təxminən 1,7 milyard ABŞ dolları cəlb edib. Sövdələşmə nəticəsində şirkət 26 milyard dollar dəyərində qiymətləndirilib.
Shein təxminən 280 milyon səhmi hər biri 48,56 Honq Konq dollarına, yəni təxminən 6,2 ABŞ dollarına satıb.
İkinci bazarda ticarətin başlanğıcında səhmlərin qiyməti 43,72 Honq Konq dollarınadək enib.







