13 C
Baku
Tuesday, May 14, 2024

Lionel Messi ilin idmançısı seçilib

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi “Time” jurnalı tərəfindən ilin idmançısı seçilib. Bu payızda futbolçu səkkizinci dəfə “Qızıl top” mükafatını alıb.

“Time”ın press-relizində qeyd olunur ki, Lionel Messi futbol ölkədə ən populyar idman növü olmasa da, ABŞ-da futbola diqqəti cəlb etməyi bacarıb. Jurnalın yazdığına görə, Messinin sayəsində evdə keçirilən matçlarda iştirak artıb, bir çox ulduzlar futbola diqqət ayırıb.

36 yaşlı Lionel Messi ötən mövsümü Fransanın “PSJ”sində başa vurub, yayda isə Amerikanın “İnter Mayami” klubuna keçib. O, 2023, 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə ilin ən yaxşı futbolçusu mükafatı olan “Qızıl top”u qazanıb. 21-ci əsrin ən yaxşı futbolçuları siyahısına da Messi başçılıq edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər