Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır. Bu barədə “The Sun” nəşri yazır.
Otelin keçmiş sahibi Visent Miralyesin sözlərinə görə, məşhur futbolçu “yalnız böyüklər üçün” formatında işləyən dördulduzlu istirahət guşəsini adanın şərq sahilində yerləşən Silyot kurort qəsəbəsində alıb. O həmçinin əlavə edib ki, hazırda oteldə böyük təmir işləri gedir və açılış mayın 2-nə planlaşdırılıb.