18 C
Baku
Thursday, April 25, 2024

Lirə 2021-ci ildə qazandığı dəyəri tamamilə itirir – USD/TRY 7.47

BANKER.AZ- ABŞ-da 10 illik istiqrazlarının gəlirliliyinin ani bir şəkildə 1.6% səviyyəsinin üzərinə çıxmasından sonra ABŞ dolları/Türk lirəsi valyuta cütlüyünün məzənnəsi 7.47-ni aşıb. Sonuncu dəfə 28 dekabrda bu səviyyə qeydə alınmışdı.

USD/TRY-da keçən həftədə görülən ən aşağı səviyyə 6.9-lardan başlayan yüksəlişlə birlikdə Türk lirəsi bu ilin qazandığı dəyəri tamami ilə itirdi.

Türk lirəsi ABŞ faizlərində yaşanan bu yüksəlişə olduqca sərt monetar siyasəti ilə girsə də, bu siyasətin davametməsi ilə bağlı ölkədə yaşanan narahatlıq əsas təzyiq kimi qalmaqdadır.

ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliyi dünən 1.614%-ə yüksəldikdən sonra 1.494%-ə qədər geriləyib. Ancaq yenə də 2016-cı ildən bəri böyük 40 faiz baza bəndi artmış vəziyyətdədir.

Türkiyədə Mərkəzi Bank 2020-ci ilin dekabrından başlayaraq sərt monetar siyasətə keçməli oldu. Requlyator faiz dərəcələrini 15%-dən 17%-ə qədər artırmalı oldu. Fevraldakı növbəti dəfə Pul komitəsi faiz dərəcəsini sabit saxlamalı oldu. Lakin, hazırda narahatçılıqlar mövcuddur bu siyasətlə bağlı.

Bununla belə TCMB-nin valyuta rezervlərinin həcmi 94 milyard 48 milyon dollar təşkil edir. Bu da son həftədə 1 milyard 568 milyon dollar azalma deməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər