Lisenziyası ləğv edilmiş “Parabank”ın reklam löhvələri metro stansiyalardan yığışdırılır.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev eksklüziv müsahibəsində deyib. O bildirib ki, metroda reklam yerləşdirmək üçün istənilən qurumla “Bakı Metropoliteni” QSC arasında müqavilə bağlanılır. Hazırda “Parabank”ın Bakı metrosunda yerləşdirilən reklam lövhələri bu gün bankın rəsmi müraciəti əsasında yığışdırılır və bağlanan müqaviləyə xitam verilir.
“Müqavilə qarşı tərəfin istəyindən asılı olaraq aylıq və illik ola bilər. Qarşı tərəf maddi durumundan asılı olaraq, müqavilənin müddətini artıra və ya xitam verə bilər. Həmçinin müqavilə bağlayan qurum ləğv edildikdə rəsmi müraciətləri əsasında müqaviləyə xitam verilir”, – deyə N.Paşayev əlavə edib.
Azertag