9 C
Baku
Sunday, November 17, 2024

Litva ATƏT PA-nın sessiyasını boykot edəcək

Litva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) fevralın sonunda Vyanada keçiriləcək sessiyasını Rusiya nümayəndələrinin iştirakına icazə verildiyinə görə boykot edəcək.

Bu barədə jurnalistlərə ATƏT PA-da Litvanın nümayəndə heyətinin rəhbəri Viliya Aleknayte-Abramikene bildirib.

“Bizim yekun mövqeyimiz sessiyada iştirak etmək deyil. Avstriya hökumətinin Rusiya nümayəndələrinə viza verilməsi ilə bağlı qərarı hələ rəsmən təsdiqlənməyib, lakin qeyri-rəsmi kanallar vasitəsilə biz onlara müraciət edən hər kəsin viza alacağını öyrəndik”, – o deyib.

Vilnüs Baltikyanı ölkələri, şimal dövlətlərini və Polşanı Rusiya Federasiyasının nümayəndələrinin iştirakına icazə verildiyi halda ATƏT PA-nın sessiyasında iştirakla bağlı ümumi mövqe tutmağa çağırıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər