15 C
Baku
Friday, April 26, 2024

Litva miqrantlara vətənlərinə qayıtmaları üçün €1000 ödəyəcək

Litva hakimiyyəti miqrantlara könüllü olaraq vətənlərinə qayıtmaları üçün 1000 avro ödəyəcək.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotayte məlumat verib. Bildirilir ki, qaçqınların bilet xərcləri də dövlət tərəfindən qarşılanacaq.

Əvvəlcə miqrantlara 300 avro ayrılması planlaşdırılsa da, Litva onların sığınacaq müraciətlərinin əksəriyyətini rədd etdikdən sonra bu məbləği artırmağa qərar verib. Müraciət edən 3272 nəfərdən yalnız 54-ü qaçqın statusu alıb.

“Ümid edirik ki, daha yüksək təzminat könüllü olaraq vətəninə qayıtmaq istəyən miqrantların sayını artıracaq”, – deyə Aqne Bilotayte söyləyib.

Xatırladaq ki, noyabr ayında Belarus ərazisindən Avropaya getmək istəyən qaçqın axını ilə əlaqədar miqrasiya böhranı daha da güclənib. Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, böhran xüsusilə Avropa İttifaqının qaçqınlar üçün düşərgələr tikməkdən imtina etməsi ilə bağlı olub. Polşa martın 1-dən Belarusla sərhəddə kənar şəxslərin olmasını qadağan edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) isə miqrantların Polşadan Belarusa geri göndərilməsini qadağan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər