Litvanın xarici işlər naziri Qabrielius Landsberqis oktyabrın 8-də “Ukrinform”a müsahibəsində NATO ölkələrini “məvcud nə varsa” prinsipi ilə Kiyev rejiminə silah tədarükünə çağırıb.
O bildirib ki, Litva həmişə bu prinsipi müdafiə edib.
Diplomat bəyan edib ki, Ukrayna silahlı qüvvələri, o cümlədən NATO silahlarından istifadə etməklə ərazilərini geri qaytarmağa qadirdir.
Onun sözlərinə görə, məhz bu əsasda silah transferinə qarşı köhnə arqumentlər artıq işləmir. Xüsusilə, Kiyevin müttəfiqləri artıq qərb silahlarının Ukrayna hərbçiləri üçün çox çətin olduğunu bəhanə edə bilmirlər.
“Əgər belədirsə, mən Ukraynaya əlimizdə olan hər şeyi verməməyim üçün heç bir səbəb görmürəm”, -deyə Landsberqis qeyd edib.