Litva mayın 22-dən Rusiyadan elektrik enerjisi idxalını dayandıracaq.
Bu barədə Litvanın elektrik ötürücü sistem operatoru “Litgrid” bildirib.
“Bazar günündən etibarən Rusiya elektrik enerjisi artıq Litvaya idxal edilməyəcək”, – deyə operatordan qeyd edilib.
Təchizat dayandırıldıqdan sonra Litva əhalinin ehtiyaclarını yerli elektrik stansiyaları və digər Avropa ölkələrindən, xüsusən də İsveç, Polşa və Latviyadan idxal hesabına ödəməyi planlaşdırır.