13 C
Baku
Friday, April 19, 2024

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırır

Litva mayın 22-dən Rusiyadan elektrik enerjisi idxalını dayandıracaq.

Bu barədə Litvanın elektrik ötürücü sistem operatoru “Litgrid” bildirib.

“Bazar günündən etibarən Rusiya elektrik enerjisi artıq Litvaya idxal edilməyəcək”, – deyə operatordan qeyd edilib.

Təchizat dayandırıldıqdan sonra Litva əhalinin ehtiyaclarını yerli elektrik stansiyaları və digər Avropa ölkələrindən, xüsusən də İsveç, Polşa və Latviyadan idxal hesabına ödəməyi planlaşdırır.

 

 

Son xəbərlər
Digər xəbərlər