Litva Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu ölkədən çıxarır. O, beş gün ərzində Litvanı tərk etməlidir. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin saytında bildirilir.
“Litva tərəfinin bu qərarı səlahiyyətli orqanlar tərəfindən verilən məlumatlar nəzərə alınaraq, S.Ryabokonun son hərəkətlərinin və bəyanatlarının diplomat statusu ilə bir araya sığmadığını, onun daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcəyini əsaslandıraraq qəbul edilib, buna görə də Vyana Konvensiyasının pozulması hesab edilir”, – XİN saytında deyilir.