10 C
Baku
Thursday, December 12, 2024

Litva Rusiyaya qarşı sanksiyalar mexanizminin yumşaldılması cəhdlərindən narahatdır

Rusiyaya qarşı 9-cu sanksiyalar paketini alqışlayırıq. Dezinformasiya ilə bağlı fəaliyyətinə görə, 200-ə qədər fiziki və hüquqi şəxslərə sanksiyaların tətbiq olunması ilə bağlı Litvanın da təklifləri sanksiyalar paketinə əlavə edilib.

Bunu Litva Prezidenti Gitanas Nauseda Aİ Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

“Sanksiyaların saxlanılması çox vacibdir. Lakin biz sanksiyalar mexanizminin yumşaldılması ilə bağlı bəzi cəhdlərdən narahat oluruq. Onlar bunu qida təhlükəsizliyi ilə əlaqələndirir, doğrudur, qida təhlükəsizliyi vacibdir, lakin bu Rusiya oliqarxlarına qarşı sanksiyaların yumşaldılması üçün bəhanə kimi istifadə oluna bilməz və istifadə edilməməlidir. Hər gün Rusiyanın bombardmanları nəticəsində ukraynalılar həlak olur. Bizim vəzifəmiz odur ki, sanksiyaların daha da gücləndirilməsi istiqamətində işləyərək Kreml rejiminin davranışını dəyişdirməyə çalışaq”, – Litva Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər