20 C
Baku
Saturday, September 28, 2024

Litva Ukraynaya 12 zirehli transportyor göndərib

Litva Ukraynaya 12 ədəd M113 zirehli transportyor göndərib, onların 10-u minaatanlarla təchiz olunub.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviterdə məlumat yayıb.

“Litvadan Ukraynaya əlavə hərbi yardım çatdırılıb: 12 ədəd M113 (10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi isə atəşə nəzarət radarı ilə təchiz olunub) və döyüş sursatları”, – o yazıb.

Onun sözlərinə görə, ölkəsi artıq Ukraynaya 62 ədəd M113 göndərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər