9 C
Baku
Sunday, November 17, 2024

Litvada rus və belarusların vətəndaşlıq üçün müraciətlərini qadağan edən qanun qəbul edilib

Litva parlamenti (seym – Seimas) rusların və belarusların vətəndaşlıq üçün müraciət etmələrini qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qəbul olunan sənədin mətni Litva seyminin saytında yerləşdirilib.

Qeyd olunub ki, vətəndaşlığa müraciət üçün verilmiş ərizələrə baxılması dayandırılacaq.

Seym tərəfindən qəbul edilən qanun layihəsi 113 deputat tərəfindən bəyənilib, 9 deputat bitərəf qalıb, heç kim əleyhinə səs verməyib.

Son xəbərlər
Digər xəbərlər