8 C
Baku
Sunday, November 17, 2024

Litvanın Ukraynaya hərbi yardımı 300 milyon avronu keçəcək

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Litvanın Kiyevə verdiyi silah və hərbi texnikanın tədarükü ilə bağlı yardım 2023-cü ildə maliyyə baxımından 300 milyon avronu keçəcək.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas ELTA agentliyinə müsahibəsində bildirib.

“2023-cü ildə Ukraynaya 40 milyon avro məbləğində hərbi yardım planlaşdırılıb. Münaqişə başlayandan bəri biz Ukraynaya 283 milyon avro məbləğində hərbi yardım göstərmişik. Beləliklə, ümumilikdə yardım 300 milyon avronu keçəcək”, – o deyib.

Nazir 2023-cü ildə tədarüklərin nələrdən ibarət olacağını dəqiqləşdirməyib.

“Bunun təfərrüatını açıqlamaq hələ tezdir, lakin bunlar daha əvvəl etdiyimiz tədarükün təxminən eynisi olacaq”, – nazir söyləyib.

Qeyd edək ki, rəsmi Vilnüs Ukraynanı hava hücumundan müdafiə sistemləri, piyadalar üçün atıcı silahlar, tank əleyhinə silahlar, minaatanlar, pulemyotlar, haubitsalar, zirehli texnika, o cümlədən 62 ədəd “M-113” zirehli nəqliyyat vasitəsi ilə təchiz edib.

Son xəbərlər
Digər xəbərlər