Livan funtu 3 ildən sonra dollar qarşısında 99% dəyər itirib. Belə ki, Qara bazarda 1 ABŞ dolları tarixi yüksəlişlə 140 min funtdan alınıb.
Banker.az xəbər verir ki, funtun ucuzlaşmasından sonra ölkənin müxtəlif bölgələrində vətəndaşlar yaşayış və yanacaq qiymətlərinin artmasına görə yolları bağlayıblar.
Qeyd edək ki, martın 14-də dollar 100 min Livan funtu səviyyəsində ticarət edilirdi.