10 C
Baku
Wednesday, December 11, 2024

Livan ilə İsrail arasında tarixi razılaşma əldə olunub

ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair tarixi razılaşma əldə olunub.

İmzalanacaq sazişin yekun versiyası İsrail və Livanın baş nazirləri Yair Lapid və Nəcib Mikati tərəfindən oktyabrın 14-də bu ölkələrin parlamentlərinə təqdim ediləcək.

İsrailin Baş naziri bildirib ki, bu tarixi nailiyyət onun ölkəsinin təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadiyyata milyardlarla vəsait qazandıracaq. Livan prezidenti Mişel Aun isə sazişin son variantının onun ölkəsini qane etdiyini dilə gətirib.

Dəniz sərhədinin demarkasiyası ilə bağlı iki ölkə arasında danışıqlar 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Amerikanın vasitəçiliyi ilə başlayıb və daha sonra mübahisəli ərazi ilə bağlı fikir ayrılıqları səbəbindən 2021-ci ilin mayında dayandırılıb. Vaşinqtonun diplomatik səyləri sayəsində bu il yenidən başlanan proses uğurla nəticələnib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər