21 C
Baku
Thursday, September 19, 2024

Livanda rabitə cihazlarının partlamasından ölənlərin sayı 20-ə çatıb – KİV deyir ki, noutbuklar, mobil telefonlar da partlayıb

Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 20 nəfər ölüb, daha 460-ı xəsarət alıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Ölənlər arasında “Hizbullah” liderlərindən birinin oğlu da var.

Son xəbərlər
Digər xəbərlər