6 C
Baku
Sunday, December 15, 2024

Liviyada vahid hökumət yaradılıb

Liviyada uzun illik fasilədən sonra ilk dəfə vahid parlament toplantısı keçirilib və vahid hökumət yaradılıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Toplantı Qərb və Şərq hökumətlərinin nəzarət bölgələri sərhədindəki Sirtdə baş tutub. Parlament toplantısı Liviya telekanallarında canlı yayımlanıb.

“Bu hökumətə etimad verilib”, – deyə səsləri saydıqdan sonra Nümayəndələr Palatasının rəhbəri Aqila Saleh söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Liviyanın baş naziri Abdel Hamid ölkənin gələcək hökumətində nazir vəzifələrinə namizədlərin siyahısını parlamentə göndərib. Yeni hökumət iyirmi altı nazirdən ibarət olacaq.

Son xəbərlər
Digər xəbərlər