13 C
Baku
Monday, May 6, 2024

Liviyanın ən böyük neft yatağı etirazlara görə bağlanıb

Liviya Milli Neft Korporasiyası (NOC) yanvarın 7-dən etibarən Əl-Şarara neft yatağının tamamilə bağlanması ilə əlaqədar fors-major vəziyyət elan edib. Etirazçıların hərəkətləri səbəbindən Zaviyə limanına yanacağın tədarükü də kəsilib.

“Milli Neft Korporasiyası 7 yanvar 2024-cü il tarixindən etibarən Əl-Şarara yatağında etirazçılar tərəfindən blokadaya düşməsi nəticəsində fors-major vəziyyət elan edir”, –  mesajda deyilir.

Yanvarın 2-də ölkənin cənub-qərbində yerləşən Fezzan bölgəsinin sakinləri tətil elan ediblər. Yerli sakinlər müntəzəm olaraq yanacaq təchizatında fasilələr, infrastrukturun kifayət qədər inkişaf etməməsi və qaçaqmalçılığın artması barədə şikayət edirlər. Etirazçılar Livanın daha bir böyük neft yatağı olan Əl-Fili bloklamaqla hədələyirlər.

Əl-Fil və Əl-Şarara 2023-cü il iyulun 13-dən iyulun 16-dək Əl-Azviya etirazçıları tərəfindən bloklanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər