15 C
Baku
Wednesday, May 15, 2024

Liz Trass: “Britaniyanın yaxın illərdə ABŞ ilə ticarət müqaviləsi bağlamaq planları yoxdur”

“Böyük Britaniyanın yaxın illərdə ABŞ ilə azad ticarət müqaviləsi bağlamaq planları yoxdur”.

Bunu Böyük Britaniyanın Baş naziri Liz Trass Cozef Baydenlə sentyabrın 20-də keçiriləcək görüşdən əvvəl deyib.

“Bununla bağlı danışıqların orta və qısamüddətli perspektivdə başlayacağını gözləmirəm”, – o bildirib.

Baş nazir Nyu-Yorkda müzakirə edəcəyi prioritet məsələlərdən birinin Böyük Britaniyanın Trans-Sakit Okean Ticarət Tərəfdaşlığına qoşulması, həmçinin Fars körfəzi ölkələri və Hindistanla müqavilərin imzalanması olacağını vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər