8 C
Baku
Thursday, December 12, 2024

Liz Trass yerli biznes üçün yardım paketi hazırlayır

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass yerli biznesin bahalaşan elektrik enerjisinə çəkilən xərclərini azaltmaq üçün büdcədən 40 milyard funt-sterlinq xərcləmək niyyətindədir.

Trass elektrik enerjisinə sabit qiymət təyin etmək və ya elektrik tədarükçülərinə qiymətləri özləri tənzimləyə biləcəyi limit qiymət müəyyən etmək niyyətindədir.

Hökumətin enerji tədarükçülərinin xərclərini kompensasiya edəcəyi və müəssisələrdən elektrik enerjisinə görə alınan qiymətə hər rüb yenidən baxacağı gözlənilir.

Daha əvvəl adi vətəndaşlar üçün enerji qiymətlərini dondurmaq üçün Böyük Britaniya hökumətinin il ​​yarım ərzində büdcədən əlavə 130 milyard funt-sterlinq ayıra biləcəyi məlum olmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər