24 C
Baku
Monday, April 29, 2024

Liz Trassla bağlı etimad səsverməsi keçirilə bilər

Böyük Britaniyanın Baş naziri Liz Trassla bağlı etimad səsverməsi keçirilə bilər.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, hakim Mühafizəkarlar Partiyasından olan deputatları özündə cəmləşdirən “Komitə 1922”yə Baş nazirlə bağlı etimad səsverməsinin keçirilməsinə çağırış edən məktub təqdim edilib.

Bildirilir ki, Britaniyada Trassın ölkənin böhrandan çıxarılmasına dair siyasətindən narazılıq artır. Belə ki, Trassın vəzifəyə yeni gəlməsinə baxmayaraq sorğuda iştirak edən təqribən 5000 nəfərin 51%-i onun istefasını tələb edib.

 

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər