Azərbaycanda fəaliyyət göstərən “Atəşgah” sığorta şirkəti məhkəməyə verilib.
Banker.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı “Xəzər-Lada-Lizinq” MMC məhkəməyə müraciət edərək, “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin müqavilə əmələ gələn öhdəliyəni yerinə yetirməməsindən şikayətcildir.
İki şirkət arasında sığorta müqaviləsi üzrə mübahisələrə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
“Xəzər-Lada-Lizinq” MMC isə 2015-ci ilin dekabrında yaradılıb və 5 000 manat nizamnamə kapitalına sahibdir.