Lizinq şirkəti “Legion Financial” ASC yenidən fond bazarından vəsait cəlbi üçün hazırlıq görür.
Banker.az-ın Emissiya prospekti və ya informasiya memorandumu sənədinə əsasən əldə etdiyi məlumata görə, şirkət hər birinin nominal dəyəri 100 manat olan 5500 ədəd adi, sənədsiz, adlı səhmlər buraxmağı nəzərdə tutulur.
Lizinq şirkəti bununla ümumilikdə xalis 544 380 manat vəsait cəlb etmiş olacaq.
Hazırda səhmlərin 38.21 faizi Turan İsmayılov Mübariz oğlu, 30.55 faizi Ramin Süleymanlı Rəhman oğluna, 10.95 faizi Rövşən Soltanov Rafiq oğluna, 15.07 faizi Böyük Məmmədova məxsusdur.
“Legion Financial” ASC-nin 2024-cü ildə audit olunmuş xalis mənfəət 1.21 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ildə 616 min manat, 2022-ci ildə isə 283 min manat olub.
Xalis faiz gəlirləri də kəskin artaraq 2024-cü ildə 1.48 milyon manata çatıb. Halbuki 2023-cü ildə bu rəqəm 760 min manat, 2022-ci ildə isə 363 min manat idi.
Qeyri-faiz gəlirləri isə 2024-cü ildə 402 min manata yüksəlib. 2023 və 2022-ci illərdə bu göstərici müvafiq olaraq 42.7 min və 7.1 min manat olub.