10 C
Baku
Thursday, December 26, 2024

Lizinq şirkəti “Hermes Finance” investor axtarır — Dövriyyəyə yeni səhmlər buraxır

Azərbaycanda lizinq şirkəti “Hermes Finance” ASC hər birinin nominal dəyəri 300 manat olan 500 ədəd adi, adlı, sənədsiz səhm buraxır.

Banker.az xəbər verir ki, bu barədə Emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.

Beləliklə, ümumilkdə niamnamə kapitalı 150 min manat və ya 20 faiz artımla 900 min manata şatdırılmış olacaq.

“Hermes Finance” 2018-ci ildə təsis edilib və şirkət əsasən lizinq bazarında rəqabət aparır.

Həmçinin emitent minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi, yeni və istifadə edilmiş minik avtomobillərin pərakəndə satışı bazarında fəaliyyət göstərir. Bu növ lizinq xidməti Azərbaycanda geniş tətbiq olunur və lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilmir.

Lizinq bazarında nəzarətedici orqan olmadığından və müvafiq statistik məlumatların məcmuəsi dərc edilmədiyindən bazarın ümumi həcmi haqqında məlumat mövcud deyildir.

“Hermes Finance” yalnız daxili bazarda fəaliyyət göstərir və onun daxili bazarda 2023-cü il üzrə ümumi gəlirləri 6 milyon 281.4 min manat, satış həcmi 10 milyon 148.1 min manat olub.

2024-cü ilin ilk 4 ayının nəticələrinə əsasən gəlirləri 1 milyon 614.2 min manat, satş həcmi 3 milyon 957.9 min manattəşkil edib. Qeyd edək ki, banklar və bank olmayan kredit təşkilatları da bu fəaliyyət növü ilə məşğul olma hüququna malikdirlər və rəqabətin iştirakçılarıdırlar.

Lizinq şirkət yarandığı gündən 2023-cü ilin əvvəlinə qədər qapalı səhmdar cəmiyyəti kimi fəaliyyətdə olub. Hazırda 750 min manat nizamnamə kapitalının 50 faizi Səbinə Sadiq Namiq qızına, 34 faizi Rəvan Cəfərov Əsəd oğluna və 16 faizi Nuranə Mehrəliyeva-Rzayeva Ramiz qızına məxsusdur.

“Hermes Finance” ASC “Caspian Auto İmport” ASC-nin nizamnamə kapitalında payı 60% təşkil edir. “Caspian Auto İmport” ASC-nin fəaliyyət istiqaməti lizinq fəaliyyətidir. Şirkət həmçinin “Baku Leasing” MMC nizamnamə kapitalında payı 50% təşkil edir. “Baku Leasing” MMC -nin fəaliyyət istiqaməti də lizinq fəaliyyətidir.

Son xəbərlər
Digər xəbərlər