1 C
Baku
Saturday, December 14, 2024

Lizinq şirkəti “Legion Financial” ötən il mənfəət edib

“Legion Financial” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ili 282.725 manat mənfəətlə başa vurub. 2021-ci ildə lizinq şirkəti 16.591 manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 17 dəfə artım deməkdir.

Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.

31 dekabr 2021-ci il tarixinə “Legion Financial” MMC-nin gəlirləri 19.275 manat ikən, 31 dekabr 2022-ci il tarixinə 418.203 manat olub. Ötən il şirkətin lizinq portfeli 2 milyon 120 min manat (əvvəlki il 409 min manat), pul vəsaitləri 11.853 manat (əvvəlki il 8.638 manat) təşkil edib.

Ötən il “Legion Financial” MMC-nin cəmi aktivləri 2 milyon 136 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 5 dəfə artımdır. Lizinq şirkətinin cəmi kapitalı 416.590 manatdan 1 milyon 729 min manata, cəmi öhdəlikləri 853 manatdan 406.171 manata çatıb.

Lizinq şirkəti 2020-ci ildə təsis edilib və hazırda 1 780 100 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər