8 C
Baku
Thursday, March 12, 2026

Lizinq şirkətinin xalis mənfəəti kəskin artıb

2024-cü ildə “Azmaş Lizinq” MMC ilin xalis mənfəəti 1 mln. 511 min manat səviyyəsində qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 208% artım deməkdir. Halbuki, 2023-cü ildə xalis mənfəət 490,4 min manat olub.

Banker.az xəbər verir ki, şirkətin faiz gəlirləri 5 mln. 201 min manata çataraq 2023-cü illə müqayisədə 83% artıb, satış gəliri isə 207,9 min manat olub, ötən ilin 9,8 min manatı ilə müqayisədə əhəmiyyətli artım göstərib. Xidmətlərin həyata keçirilməsi xərci 70,7 min manatla azalıb. Ümumi və inzibati xərclər 3 mln. 318 min manata çataraq 2023-cü illə müqayisədə 46,6% artıb.

Əmeliyyat fəaliyyətindən xalis pul çıxışı 349,9 min manat təşkil edib, əsas səbəb maliyyə lizinqlərinə qoyulan investisiyaların artmasıdır (4 mln. 327 min manat). İnvestisiya fəaliyyətindən xalis pul daxilolması 2 mln. 540 min manat olub, qeyri-nəzarət payının artırılması 2,55 min manatla diqqət çəkib. Nəticədə, ilin sonunda şirkətin pul vəsaitləri 1,665,5 min manat təşkil edib (2023-cü il: 21,5 min manat).

01 yanvar 2025-ci il üzrə cəmi aktivlər 51 mln. 363 min manat, o cümlədən maliyyə lizinqlərinə xalis investisiya qoyuluşu 33 mln. 643 min manat, əsas vəsaitlər və qeyri-maddi aktivlər 9 mln. 421 min manat təşkil edib.

Şirkət 2024-cü ildə dividend ayırıb, ödənilmiş məbləğ 450 min manat olub.

Xatırladaq ki, “Azmaş Lizinq” MMC Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətidir və əsasən kənd təsərrüfatı texnikasının fermerlərə lizinq yolu ilə verilməsi ilə məşğuldur. Şirkət 2019-cu ildə qeydiyyata alınıb və aqrar sektorda texnika maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Nizamnamə kapitalı təxminən 5.62 milyon manatdır. Şirkətin direktoru Fəridə Misirxanova Qaraxanova kimi göstərilir.

 

Son xəbərlər
Digər xəbərlər