15 C
Baku
Thursday, October 16, 2025

Lizinq şirkətinin yarım ildə gəliri azalıb

“Hermes Finance” ASC 2025-ci ilin yanvar-iyun aylarını 363 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 10 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə şirkətin xalis mənfəəti 36 min manat təşkil etmişdi.

Banker.az bunu lizinq şirkətinin yarım illik hesabatına istinadən xəbər verir.

 “Hermes Finance”ın faiz gəlirləri 2024-cü ilin 6 ayında 2 milyon 340 min manat ikən, bu ilin 6 ayında 1 milyon 582 min manat təşkil edib (32% azalıb).
Hesabat dövründə “Hermes Finance”ın cəmi aktivləri 39% azalaraq 17 milyon 420 min manata geriləyib.
30 iyun 2025-ci il tarixində 900 min manat nizamnamə kapitalına malik olmuş “Hermes Finance” ASC-nin səhmdarları Quliyev Kamran (45%), Mehrəliyeva-Rzayeva Nuranə (45%) və Mirzəyev Həmid (10%) olub.
Son xəbərlər
Digər xəbərlər