-1 C
Baku
Sunday, December 15, 2024

Lizinq şirkətləri aqrar sektorda ciddi rəqabətlə üzləşib

Azərbaycanın özəl lizinq şirkətləri tədricən kənd təsərrüfatlı sektorunu tərk edir. Bu barədə açıqlamasında lizinq bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, lizinq şirkətlərinin aqrar sektorda işləyə bilməməsi Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Aqrolizinq” ASC ilə rəqabətə davam gətirə bilməməsi ilə bağlıdır.

“Fermerlərə dəstək üçün dövlətə məxsus şirkət onlara 40% güzəştlə kənd təsərrüfatı texnikası, mal-qara təklif edir. Çünki büdcə vəsaiti hesabına onun ziyanı kompensasiya edilir. Özəl lizinq şirkətləri isə bunu edə bilmir. Çünki onlar kənd təsərrüfatı avadanlıqlarını almaq üçün kənardan vəsait cəlb edir, buna görə faiz ödəyir, üstəlik özləri də nə isə qazanmalıdır. Son nəticədə, Azərbaycanın demək olar ki, bütün lizinq şirkətləri “Aqrolizinq”ə rəqabətdə uduzur”, – deyə mənbə bildirib.

Aqrar sektordan tədricən uzaqlaşan lizinq şirkətləri hazırda daha çox avtomobil, tibbi avadanlıq, daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin lizinqlə satışını maliyyələşdirir.

Report

Son xəbərlər
Digər xəbərlər