-3 C
Baku
Sunday, December 15, 2024

Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib – Rəsmi

Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin, İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”,- deyə nazir əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər