3 C
Baku
Saturday, December 14, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Lombard” kreditləri haqqında – hansı bankdan əldə etmək mümkündür?

“Lombard” kreditləri haqqında – hansı bankdan əldə etmək mümkündür?

0
“Lombard” kreditləri haqqında – hansı bankdan əldə etmək mümkündür?

Lombard kreditləri istehlak kreditləri qrupuna aid olan bir kredit növüdür. Əsas üstünlükləri, kreditin zaminsiz rəsmiləşməsi və borcalanın rəsmi gəlirinə dair heç bir tələbin olmamasıdır. Belə ki, Lombard krediti əldə etmək üçün təkcə şəxsiyyət vəsiqəsi və qızıl-zinət əşyalarının girov qismində Banka təqdim edilməsi kifayət edir. Müvafiq zinət əşyaları Bankda qiymətləndirilərək girov götürülür və müqabilində müştəriyə nağd şəkildə kredit ayrılır. Qiymətləndirmə əksər hallarda Bankla müqaviləsi olan zərgərlər tərəfindən aparılsa da bəzi istisnalar da mövcuddur. Belə ki, bəzi banklarda qızılın qiymətləndirilməsi bank əməkdaşı (kassir və ya bankın digər əməkdaşı) tərəfindən aparılır. Kredit məbləğinin təyin edilməsi zamanı isə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təyin edilmiş LTV əmsalı əsas götürülür.

LTV (loan to value) əmsalının Lombard kreditləri üzrə maksimum həddi 70% təşkil edir. Yəni, kreditin əsas borcu, komissiyası və kredit müddəti ərzində hesablanacaq faizlər qızılın qiymətinin 70%-dən artıq ola bilməz.

Digər kredit şərtləri – maksimal məbləğ və müddət, kredit üzrə illik faiz dərəcəsi komissiya isə kommersiya Bankları tərəfindən təyin edilir. Müvafiq kreditlər Banklarla yanaşı, kredit və Lombard təşkilatlarında da təklif edilir. Lakin əksər müştərilər qızılın etibarlılığı və s.təhlükəsizlik tədbirləri baxımından Banklara üstünlük verirlər. Banker.az monitorinq qrupu tərəfindən kifayət qədər ciddi tələbat olan bu bank məhsulu üzrə bazar araşdırması aparılıb. Aşağıdakı cədvəldə araşdırma nəticələrini müqayisəli formada Sizlərə təqdim edirik. Qeyd etmək istərdik ki, məhsulun satışını həyata keçirən Banklar barmaqla sayılacaq qədər azdır. Səbəb isə satışın təşkili, qiymətlilələrin saxlanılması və monitorinqi prosesinin asan olmamasıdır.

Banklar / Şərtlər Bank Respublika Rabitəbank Expressbank Ata Bank Turan Bank Bank BTB Amrahbank
Maksimal məbləğ, AZN 10 000 10 000 15 000 10 000 Fərdi baxılır 10 000 50 000
Müddət 6 – 36 ay 3 – 24 ay 3 – 30 ay 3 – 36 ay 1 – 24 ay 1 – 24 ay 0 – 36 ay
İllik faiz 6 ay – 26%

12 ay – 30%

18 ay – 32%

≥ 24 ay – 34%

3–12 ay – 29%

13–24 ay–30%

Məbləğ

5000–dək – 30%

5001–10 000–28%

10 000– 15 000–26%

12 ayadək – 22%

13 – 24 ay – 24%

25 – 36 ay – 26%

3 ayadək – 22%

4 – 6 ay – 25%

7 – 12 ay –  32%

13 – 18 ay – 34%

19 – 24 ay – 36%

22,8% 3 ayadək – 20%

4 – 6 ay – 22%

7 – 12 ay – 26%

13 – 18 ay – 27%

19 – 24 ay – 28%

25 – 36 ay – 30%

Komissiya 1%

(min.10 AZN)

1% 1% 1% 1% 12 ayadək – 2%

13 – 24 ay – 4%

5000 AZN-dək – 2%

>  5000  AZN – 1%

Qiymətləndirmə xərci 10 AZN 10 AZN Qızılın dəyəri

1000–dek  – 10 AZN

1001–5000 – 15 AZN

5001–10000–20 AZN

> 10 000 – 40 AZN

Nəzərdə tutulmayıb Qızılın dəyəri

3000–dek–10 AZN

3001–7000–15 AZN

> 7000 – 20 AZN

Qızılın dəyəri

1500–dek–10 AZN

1500–3000–20 AZN

> 3000 – 30 AZN

Qızılın dəyəri

1000-dek  – 10 AZN

1001 – 2000 – 15 AZN

> 2000– 20 AZN